Rəşad Sadıqov tənqidlərə cavab verdi:

“Qarabağ” Futbol Klubunun kapitanı Rəşad Sadıqov ATV telekanalında yayımlanan “5-ci element” verlişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, veriliş ərzində maraqlı söhbətləri ilə yadda qalan qonaq futbolçu Mahir Mədətovu əsas heyətə tapşırıqla gətirməsi haqda fikirlərə münasibət bildirib.

“Bu gün Mahir Mədətov Azərbaycan futbolunun ən istedadlı futbolçularından biridir. Hazırda 21 yaşında Mahirdən yaxşı kim var? Biz kimə ümid edək ki, 7-8 il sonra Azərbaycan futbolunu çiyinlərində daşıya biləcək?” – deyən Rəşad Sadıqov ətrafda problemli düşüncələrin çox olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın televiziyasının ən çox izlənilən tok şousu olan “5-ci element” fərqli müzakirələri ilə hər bazar ertəsi yayımlanır.

Rəşad Sadıqovun qonaq olduğu “5-ci element”verilişin tam buraxılışını təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Загрузка...