Böyük Britaniya parlamenti hökumətin Brexit vaxtının dəyişməsinə dair təklifini dəstəkləyib.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, Britaniyanın Avropa Birliyindən çıxma vaxtının dəyişməsinə 412 deputat lehinə səsverib, 202 millət vəkili isə əleyhinə çıxıb.

Beləliklə, Britaniya hökuməti Brexit vaxtınının dəyişdirilməsi haqqında AŞ-na yaxın zamanda sorğu göndərməlidir.

Avropa komissiyası artıq bu haqda öz fikrini bildirib. Brüsseldən bildiriblər ki, Brexit vaxtının təxirə salınması haqda qərarı Avropa Şurasına üzv olan 27 ölkə birgə verməlidir.

Загрузка...