Bakıda 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə martın 14-də, Yasamal rayonu Əhməd Cavad 45 A ünvanında qeydə alınıb.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi Mir Fatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Onun bir qardaşı var.

Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Загрузка...