Müğənni Afət Fərmanqızı “Azqranata” şərab zavodunun məhsulunun üzərində Nəsiminin qəzəlinin təhrif edilmiş formada yazılmasına münasibət bildirib.
Sənətçi “Ölkə.Az”-ın əməkdaşı ilə söhbətində ona irad bildirən mədəniyyət naziri Əbülfəs Qarayev və deputat Qənirə Paşayevaya səslənib:
“Sən demə, bu, neçə ildir var imiş. Mənim Nəsiminin qəzəlinə mahnı oxumağıma irad bildirən mədəniyyət naziri Əbülfəs Qarayev, deputat Qənirə Paşayeva bunları niyə görmürmüş? Bu, Afətin olmadığı üçün fikir bildirməyiblər? Mənim olsaydı, topa qoyub atardılar. Ancaq həmin şirkət və məhsul Afətin olmadığı üçün susurlar”.
Qeyd edək ki, Əbülfəs Qarayev və Qənirə Paşayeva Afət Fərmanqızını Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuduğu üçün tənqid etmişdilər.