Bədii gimnastika üzrə dördqat dünya və ikiqat Avropa çempionu Yana Batırşina sentyabrın 16-dan 22-dək Bakıda keçiriləcək dünya çempionatının səfiri seçilib.

Oxu.Az xəbər verir ki, 1996-cı ildə keçirilmiş Atlanta Olimpiadasının gümüş mükafatçısı olmuş Batırşina karyerasını bitirdikdən sonra Rusiya telekanallarında aparıcılıq edib.

Milliyyətcə tatar və yəhudi olan, Özbəkistanın paytaxtı Daşkənddə doğulmuş, amma Rusiyanı təmsil etmiş, əsl adı Yanina olan 39 yaşlı Yana “Parni iz Baku” (Bakılı oğlanlar) Şən və Hazırcavablar Klubunun sabiq üzvü Timur Vaynşteynin həyat yoldaşıdır.

Onlar 2003-cü ildə evləniblər. Cütlüyün Məryəm, Ayla adlı qızı və Leonid adlı oğlu var.

Загрузка...