Festivallar Azərbaycanla İtaliya arasında ticari əlaqələrin inkişafına xidmət edir.

Oxu.Az xəbər verir ki, bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bu gün keçirilən “İtaliya Dizayn Günü” festivalında deyib. O bildirib ki, İtaliya brendləri bu gün Azərbaycanda öz rəqiblərinə uduzmamaq üçün mübarizə aparır:

“İtaliya məhsulları bu gün dünyada 3 ən məşhur brendlər sırasındadır. Təbii ki, bu, bir uğurdur. Azərbaycanda İtaliyaya brendlərinə məxsus geyim, zərgərlik və mebel məhsulları kifayət qədər tanınır. Siz bu gün sərgidə bu məhsullarla, eləcə də İtaliya mətbəxinə məxsus yeməklərlə tanış ola bilərsiz. Bu pilləni qorumaq, Azərbaycan-İtaliya arasında ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hər il festival və sərgilər keçiririk. Sərgilərimiz kifayət qədər maraqla qarşılanır”.

Загрузка...