İspaniyanın “Selta” klubunda çıxış edən Emre Mor sosial şəbəkədə fotolarını bəyənən modelə avtomobil hədiyyə edib.
“Minval.info” Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu braziliyalı model Anjlika Perlaya “Mercedes A180” markalı avtomobil göndərib.
Məlumata görə, Emrenin Perlaya hədiyyə etdiyi avtomobilin qiyməti 40 min manatdır.
Qeyd edək ki, 21 yaşlı futbolçu pərəstişkarı olduğu Anjelikanı bir neçə gün əvvəl sosial şəbəkədə izləməyə başlayıb. Amma model ona əhəmiyyət verməyib. Emre bir neçə gün sonra modelin fotolarını bəyənib və “Hələ ümidim var” mesajını göndərib.
Perla isə bu dəfə cavab verib və futbolçunun fotolarını bəyənib.