SENSASİYA! Azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyuldu

Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub.

BAKU.WS xəbər verir ki, ensonhaber-in yaydığı məlumatda İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin iştirak etdiyi toplantıda Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürməyə çalışan azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulduğu bildirilir.

Məlumata görə, sözügedən toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev səfirin bu çıxışı ilə bağlı açıqlama verib. Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.

Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxsin hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərov olduğu üzə çıxmasından sonra onun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub.

Загрузка...