Kanadada baş nazir Castin Trüdo ətrafında siyasi qalmaqal qopub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “Globe and Mail” qəzeti məlumat yayıb.
Belə ki, bu həftə baş nazirin əsas siyasi müşaviri Cerald Bats Castin Trüdo hökumətini tərk etdiyini açıqlayıb. Keçən həftə isə ədliyyə naziri və eyni zamanda baş prokuror Codi Uilson-Reybould hökumətdən istefa etdiyini açıqlamışdı.
Qəzet iki yüksək rütbəli məmurun istefasını Trüdo ətrafında cərəyan edən qalmaqallı informasiyalarla əlaqələndirib. Belə ki, “Globe and Mail” daha öncə baş nazirin müşavirlərinin 2018-ci ildə baş prokurora təzyiq göstərdiyini yazıb. Burda əsas məqsədin onun “SNC Lavalin” adlı şirkətinin cinayət məsuliyyətindən qaçmasına yardım göstərmək olduğu bildirilib.
Qəzet qalmaqalın Trüdo hökumətinin ətrafını sarıb boğmasına, üstəlik bununla bağlı yayılan xəbərlərin bir çoxunu təkzib edilmədiynə diqqət çəkib.
Məlumatda son hadisənin Castin Trüdonun və onun partiyasının reytinqlərinə ağır zərbə vurduğu da göstərilib.
Musavat.com