Şəbnəm Tovuzlu: Ərimə hörmət edib, kişi məclislərinə getmirəm - VİDEO

2009-cu ilə kimi kişi məclislərinə getmişəm, amma ailə qurduqdan sonra həyat yoldaşım icazə vermədi. Dedi ki, sənin buna ehtiyacın yoxdur, içki aləmidir, kimsə nəsə deyər, pərt olarsan.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında qonaq olarkən dilə gətirib.

“Mən kişi kimi qadınam. Vəzifəsindən asılı olmayaraq, heç kim mənə artıq söz deyə bilməz. Hərəkətimi, davranışımı bilirəm. Sənətim də var. Bu vaxta kimi heç kəsdən əlbəəl qonorar almamışam. Sadəcə olaraq, həyat yoldaşıma hörmət əlaməti olaraq kişi məclislərinə getmirəm”, – deyə müğənni qeyd edib.

Загрузка...