Bazar günü İran öz “Fateh” adlı yeni hərbi sualtı qayığı nümayiş etdirib.

Press TV xəbər verir ki, prezident Həsən Ruhaninin də iştirak etdiyi mərasim İranın cənubunda yerləşən Bəndər – Abbas liman şəhərində baş tutub.

Yeni hərbi sualtı qayıq ən müasir silahlarla, mina, torpeda və qanadlı raketlərlə təchiz edilib.

O 200 metrə qədər dərinliyə dala və 5 həftəyə qədər su altında fasiləsiz işləyə bilir.

Загрузка...