Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”

Son günlər dahi şair Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu “Pəncu şeş” adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənnmi Afət Fərmanqızı onu tənqid edənlərin acığına yeni məlumat paylaşıb.

Modern.az saytı xəbər verir ki, Afət Fərmanqızı yaxın günlərdə Nəsiminin daha bir qəzəlinə mahnı ifa edəcəyini vurğalyıb. ATV-dəki “Zaurla Günaydın” verlişində
danışan müəğğinin sözlərinə görə, hazırda həmin mahnı üzərində iş gedir.

Xatırladaq ki, müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu “Pəncu şeş” adlı mahnısı ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edən xanım müğənni sosial şəbəkə istifadəçilərinin tənqidlərinə tuş gəlib.

Загрузка...