Bakını bombalamağı təklif edən Yevseyev Azərbaycan jurnalistinin sualından qaçdı -VİDEO

Rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini, Bakı şəhərini “İsgəndər” raketləri ilə bombalamağı təklif edən Vladimir Yevseyev fevralın 13-də Dövlət Dumasında təşkil olunmuş “Rusiya və Azərbaycan arasında mədəniyyətlərarası dialoqun əsası kimi mədəniyyət körpüləri” adlı dəyirmi masanın toplantısına heç kim tərəfindən dəvət olunmamasına rəğmən baş çəkib.

Musavat.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Fuad Abbasov özünün “Feysbuk” səhifəsində xüsusi status yazıb.

Azərbaycanlı jurnalist Vladimir Yevseyevin “çağırılmamış qonaq” kimi gəldiyini təsbit edib.

“Rusiyanın “İskəndər” raketləri ilə Bakı şəhərini bombalamağı təklif edən Vladimir Yevseyev “Rusiya və Azərbaycan arasında mədəniyyətlərarası dialoqa əsaslanan mədəni körpülər” adlı tədbirdə dəvətsiz iştirak edib. İrəvan şəhərindəki Lazarev klubunun iclasında Bakı şəhərinin raketlə bombalanması ilə bağlı sözləri ona xatırlatdıqda, o, ilk növbədə hər şeyi inkar etməyə başladı. Daha sonra öz videosunu gördükdə, dəyirmi masa görüşündən rüsvayçılıqla qaçaraq, Kostantin Zatulinin ofisinə qapandı. Aydındır ki, K.Zatulin Vladimir Yevseyevi dəyirmi masada Rusiya-Azərbaycan danışıqları barədə məlumat toplamaq üçün göndərib. Lakin nə Zatulin, nə də Yevseyev jurnalist Fuad Abbasovla “mədəni ünsiyyət” gözləmirdilər, – deyə Fuad Abbasov video ilə bağlı şərhində yazıb.

Загрузка...