Simali Makedoniya Respublikasında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
TASS-ın məlumatına görə, Skopye şəhəri yaxınlığında sərnişin avtobusu aşıb.
Nəticədə 13 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanalara yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri araşdırılır.