Turin “Yuventus”u öz rəsmi saytında London “Arsenal”ının yarımmüdafiəçisi Aaron Remsi ilə müqavilə bağladığını elan edib.
“Report” xəbər verir ki, uelsli futbolçu 1 iyul 2019-cu il tarixindən Turin komandasının oyunçusu olacaq. Həmin tarixdə onun ingilis klubu ilə müqaviləsinin vaxtı bitəcək.