İsrailin baş naziri Benyamin Netanyahu rəsmi Tehrana İsrailə hücum etməsi halında 2019-cu ilin İranın İslam inqilabını qeyd etdiyi sonuncu il ola biləcəyi barədə xəbərdarlıq edib.

“Mən İran rejiminin təhdidlərini görməzdən gəlməsəm də, onlardan qorxmuram”,- deyə B.Netanyahu özünün video müraciətində söyləyib.

AFP (Agence France Presse) agentliyinin məlumatına görə, Benyamin Netanyahu İranın Tel-Əviv və Hayfa şəhərlərini məhv etməyə cəhd göstərəcəyi halda özünün ən dəhşətli səhvini edəcəyini ifadə edib.

“Onlar bunu mütləq diqqətə alsınlar”, deyə İsraill baş naziri sonda bildirib.

ABŞ prezidenti Donald Tramp isə İran hakimiyyətini tvitter hesabında fars dilində yazdığı mesajla “təbrik” edib. “40 korrupsiya ili, 40 terror ili. İran rejimi yalnız “40 uğursuz il” yaradıb. Əzab çəkən İran xalqı daha işıqlı bir gələcəyə layiqdir”,- deyə Trampın mesajında qeyd olunub.

Daha sorna eyni cümlələr ingilis dilində də tərcümə edilib.

Musavat.com

Загрузка...