Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov BMT əməkdaşına öz əli ilə çəkdiyi rəsmi hədiyyə edib.

TASS-ın məlumatına görə, Brenda adlı qadın əvvəllər BMT-nin toplantılarında Lavrovun katibəsi işləyib.

“Mən iyunda Moskvaya gedəndə, Brenda “Lavrov həmişə rəsm çəkirdi, bəlkə mənə nəsə göndərərdi” dedi”, – deyə Nebenza bildirib.

O əlavə edib ki, Lavrov iclaslarda həndəsi fiqurlar çəkir yaxud hansısa sözlər yazır.

Загрузка...