Efiopiya paytaxtında Afrika İttifaqının sammiti öz işinə başlayıb.

“Rosbalt”ın məlumatına görə, quruma rəhbərlik Misir prezidenti Abdel Fəttah as-Sisiyə həvalə edilib.

O, bir il Afrika İttifaqının prezidenti vəzifəsini icra edəcək.

Gələn il bu postda Abdel Fəttah as-Sisini əvəz edəcək şəxs də artıq məlum olub. Sammitin qərarına əsasən, 2020-ci ildə qurum prezidentinin səlahiyyətləri Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa keçəcək.

Sammitdə qaçqınların problemləri, Afrikanın 2063-cü ilədək inkişafının strategiyası, habelə regional inteqrasiya və inkişaf layihələri müzakirə olunur.

Загрузка...