“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

Şeirləri, əsərləri, romanları, bir sözlə kitabları ilə hər kəsin ürəyinə yol tapan məşhur şair Nazim Hikmətin eşq həyatı hər zaman onu sevənləri maraqlandırıb.

Nazim Hikmətin barəsində şeirlər yazdığı Pirayə haqqında bir çoxlarınız eşitmiş ola bilərsiniz. Həyatında bir çox qadın olmasına rəğmən Pirayəni çox sevən Nazim Hikmətin ona son bir məktubunda “Sən mənim ən yaxın insanımsan” deməsi də çox maraqlıdır.

Pirayə iki övladı olan evli bir qadın idi. Həyat yoldaşı Vedat Örfi konsert vermək üçün tez-tez xarici səfərlərə gedirdi. Nazim Hikmət isə həmin dönəmdə uşaqlıq yoldaşı və ilk həyat yoldaşı olan Nüzhət xanımdan yenicə ayrılmış, Moskvadan İstanbula ailəsinin yanına dönmüşdü. Pirayə Nazim Hikmətin bacısı Samiyə xanımla rəfiqə idi. Bu vasitə ilə Pirayə xanımla tanış olan şairin ilginc eşq həyatı başlayır. Bir ilə yaxın gizli eşq yaşayan şair daha sonra bunu hər kəsə elan edir. Nə Nazimin ailəsi, nə də Pirayənin ailəsi bunu qəbul edə bilir.

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

Lakin onlar birlikdə olmağa davam edir və 1932-ci ildə evlənməyə qərar verirlər. Bu müddət ərzində Pirayə həyat yoldaşı Vedat Örfidən də boşanır.

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

Hər şeyin yolunda getdiyinə arxayın olan şairə həyatın tərs üzü görsənir. O, “Gecə gələn teleqram” şeir toplusuna görə 5 il müddətinə həbs cəzasına məhkum olunur. Cəzası bitib azadlığa çıxdıqdan 6 ay sonra “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edən Nazim Hikmət yenidən həbs olunur.

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

İllər keçdikcə Nazimlə Pirayə eşqlərini məktublara yazaraq yaşayırlar.

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

Nazim həbsxandan çıxacağı, Pirayə də onun dönəcəyi günü gözləyirdi. Lakin bu eşq Nazim Hikmətin xəyanət ediyi gün bitir. Nazim Hikmət Bursada həbsxanda olarkən ziyarətinə onun dayısı qızı Münevver Berk gəlir. Özündən 16 yaşlı kiçik bu qadına aşiq olan Nazim Hikmət Pirayəyə bir vida məktubu yazıb, onu tərk etdiyini açıqlayır. Nazim Hikmət yeni bir eşq yaşamağa başlayır və tezliklə əfv olunacağına ümid edirdi. O, yeni sevgilisini ərindən boşanmağa da razı salmışdı. Nazimin vida məktubunu alan Pirayə isə iki övladı ilə çarəsiz, işsiz qalmış, xəyanətə uğramış və nə edəcəyini bilmirdi. Nazimin gözlədiyi əfv qərarı çıxmadıqda onun sevgilisi Münevver sonu bəlli olmayan bir sevgi yaşamağı gözə almayıb, onu tərk etmişdi.

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

Nazim Hikmət və Münəvvər Andaç

Nazim peşmançılıqla Pirayəyə yenidən məktub yazaraq onun geri dönməsini istəmişdi. Lakin Pirayə yenidən onun sözlərini dinləmədi. Hətta Nazim Hikmət Pirayə geri dönsün deyə həbsxanada aclıq da edirdi. Lakin bütün bunlar cavabsız qaldı. Pirayə nə Nazim Hikmətə, nə də bu məsələ ilə maraqlanan mətbuat işçilərinə bir söz belə, demədi. Qəzetlərdə “Pirayə öldü eşqindən, yenə də dönmədi Nazimə” başlığı ilə məqalələr də dərc edilirdi.

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

1950-ci ildə həbsxandan çıxan Nazim Hikməti onu tərk edən digər sevgilisi Münəvvər xanım qarşılayıb. Onlar yenidən bir araya gələrək evlənib. Bu evlilikdən də Nazim Hikmətin Mehmet adlı bir oğlu dünyaya gəlib.

Turan Oruc,
Musavat.com

“Pirayə öldü eşqindən, amma yenə də dönmədi Nazimə ...” – Məşhur şairin ilginc eşq həyatı (FOTOLAR)

Загрузка...