Gürcüstan prezidenti Salome Zurabişvili Əfqanıstana səfər edib.

Gürcüstanın İctimai Televiziyasının məlumatına görə, o, NATO-nun “Qətiyyətli dəstək” missiyasında iştirak edən Gürcüstan hərbçiləri ilə görüşüb.

Zurabişvili gürcü hərbçilərin yerləşdiyi hərbi bazalara baş çəkib. O, hərbi bazalarda olarkən zirehli gödəkçədən (“bronejilet”) istifadə edib.

Səfər çərçivəsində Gürcüstan prezidenti NATO-nun Əfqanıstan missiyasının komandanlığı, habelə ölkə prezidenti Əşrəf Qani ilə görüşüb.

Gürcüstan prezidenti “bronejilet”də Əfqanıstanda - FOTO

Gürcüstan prezidenti “bronejilet”də Əfqanıstanda - FOTO

Загрузка...