“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru oğluna qarşı irəli sürülən zorlama ittihamı ilə bağlı fikirlərini açıqlayıb.

“Daily Mail” nəşrinin məlumatına görə, oğlunun tərəfini tutan qadın bildirib ki, Ronaldunun ona qarşı ittiham irəli sürən amerikalı Ketrin Mayorqa ilə münasibətləri qarşılıqlı olub.

“O qadın oğlumun otağına qumar oynamağa gəlməmişdi ki. Ketrin nə ilə məşğul olacaqlarını bilirdi. Öz oğlumu tanıyıram”, – deyə o vurğulayıb.

Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir. Ronaldu isə bu ittihamı rədd edir.

Загрузка...