İstanbulda beşmərtəbəli yaşayış binasının girişindəki elektron saat yanıb.
NTV telekanalının məlumatına görə, bu səbəbdən binanı tüstü bürüyüb.
Nəticədə tüstüdən 15-i uşaq olmaqla, 21 nəfər zəhərlənib.
Zərər çəkən şəxslər xəstəxanalara yerləşdirilib.