Aparıcı Könül Muxtarova yenidən avtomobili ilə qəzaya düşüb.
Primetime.az-ın əldə etdiyi məlumata görə, o, idarə etdiyi 90 KM 404 nömrəli “Nissan Micro” markalı avtomobili öncə yanında olan maşına, daha sonra isə işıq dirəyinə çırpılıb. Maşının qabaq hissəsi yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, K.Mutarova ötən ilin avqust ayında da avtomobil qəzasına düşmüşdü. Hadisə zamanı aparıcı boynundan və bədəninin müxtəlif hissələrindən zədə almışdı.