İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Barselona” ilə “Real” üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, “Nou Kamp”da baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı oyunun atıncı dəqiqəsində qonaqlar Vaskesin vurduğu qolla açıblar.
Meydan sahibləri yalnız 57-ci dəqiqədə hesabı bərabərləşdirə biliblər. Qolu öz aktivinə Malkom yazıb.