Avropa Birliyi Şurasının sədri Donald Tusk Böyük Britaniyanın İttifaqdan uzaqlaşması ilə bağlı heç bir konkret planı olmayan “Breksit” təşəbbüskarlarının “cəhənnəmdə xüsusi yerə” layiq olduqlarını söyləyib.
“Mənə adi planı cızma-qara etmədən “breksit”i gətirən adamların düşəcəyi cəhənnəmi görmək çox maraqlıdır,”-deyə Donald Tusk qəzəbini bu sözlərlə ifadə edib.
Polşalı siyasətçinin sözlərinə cavab, onun cəhənnəmdə görmək istədiyi şəxlərin başında gələn, “Breksit”in ən böyük təşəbbüskarlarından sayılan və refrendumda aktiv rol oynayan Böyük Britaniya Müstəqillik parityasının lideri Naycel Faracdan gəlib.
“Breksit”dən sonra biz sizin kimi seçilməmiş, özündən müştəbeh xuliqanlardan qurtulmuş olacaq və öz ölkəmizi idarə edəcəyik. Bu isə mənim üçün əsl cənnətə çevriləcək”,-deyə Naycel Farac tvitter hesabında yazıb.
Musavat.com