Dünya TV-nin efirində yayımlanan “Mənim dünyam” verilişində mentalitetə xas olmayan rüsvayçı görüntülər yayımlanıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə etiraza səbəb olan görüntülərdə verilişə qonaq qismində gələn idmançı digər qonağı – Aygün adlı rəqqasəni qucağına alaraq “biceps” əzələsi üçün məşqi nümayiş etdirir.
Aparıcının məşqdən sonra idmançının qucağından düşən rəqqasə ilə biabırçı dialoqunu təqdim edirik:
– Aygün xanım, yeriniz necə idi? Rahat idiniz?
– Qıpqırmızı oldum…
– Əsas odur, rahat idiz?
– Xoşuma gəldi.
– O zaman davam etdirərik…