Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşına polkovnik rütbəsi verilib.
Minval.info xəbər verir ki, bu barədə muğam ifaçısı sosial media profilində məlumat verib.
O, həyat yoldaşı Xosrov Nəcəfovu yeni rütbə alması və ad günü münasibəti ilə təbrik edib. Sənətçi gəlininin hazırladığı tortun fotosunu izləyiciləri ilə bölüşərək sevincli olduğunu bildirib:
“Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq! Doğum günün mübarək”.