Müğənni Dilarə Kazımova yeni klipinin təqdimatından sonra ölkə xaricinə istirahətə yollanıb.
BAKU.WS-in məlumatına görə, Maldiv adalarında istirahət edən ifaçı görüntüləri “Instagram” hesabında paylaşıb.
Video və fotolarda “kupalnik”də görüntülənən D. Kazımova bədəninin gözəlliyini nümayiş etdirib. Müğənninin sözlərinə görə, o bu cür bədən quruluşuna müntəzəm idman və rəqslə məşğul olmaqla nail olub.