Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Bu hadisə ötən əsrdə İtaliyada baş verib.

Musavat.com ölkə.az-a istinadən bildirir ki, Leonarda Çiançulli adlı qadın 1939-cu ildə böyük oğlunun orduya aparılacağını eşitdi və qərara gəldi ki, oğlunu xilas etmək üçün insan qurbanı lazımdır.

1939-cu ildən 1940-cı ilə qədər Leonarda 4 günahsız qadını qətlə yetirib. Sxem isə eyni idi. Çiançulli tənha qonşuları evinə çağırır, çaxıra və narkotik maddəyə qonaq edir sonra isə balta ilə qətlə yetirirdi. Qadın meyitləri doğrayaraq kaustik duzda əridir, qalıqlardan sabun bişirirdi. Qanı isə keks bişirmək üçün saxlayırdı. Qətllərə görə Çiançulli 30 il həbs cəzasına məhkum edildi və 3 ilini cinayətkarlar üçün nəzərdə tutulmuş psixiatrik xəstənada yatdı.

Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Korrecolu Sabun bişirən ləqəbi ilə tanınan Leonarda 1894-cü ildə anadan olub. Onun uşaqlıq dövrü xoş keçməyib. Anası zorlandıqdan sonra hamilə qalıb və Leonarda dünyaya gəlib. Qadın anasına bütün qəlbi ilə nifrət edib. Yeniyetmə yaşlarında Çiançulli iki dəfə özünə qəsd etmək istəyib.

1914-cü ildə kiçik məmur Raffael Pansardi ilə ailə qurdu. Raffaelin ailəsi cəmiyyətdə yüksək mövqe tutduğu üçün bu nikahdan narazı idi. Çiançulli isə iddia edir ki, toydan sonra anası ona qarğış edib. Təbii ki, bunun bir sübutu yox idi.

Toydan bir neçə il sonra Leonardanı fırıldaqçılığa görə həbs etdilər. 3 il sonra isə zəlzələ nəticəsində evi dağıldı. Bundan sonra cütlük Korrecoya köçdü və burada Çiançulli dükan açaraq yaxşı qonşu, qayğıkeş ana obrazı yaratdı.

Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Nikah ərzində qadın 17 dəfə hamilə qaldı. 3 uşaq ana bətnində, 10 uşaq isə kiçik yaşında dünyasını dəyişdi. Bu səbəbdən o, 4 sağ qalan övladını göz bəbəyi kimi qorumağa başladı. Bundan sonra qadın Xiromant (falçı, rahib) yanına getdi. O, dedi: “sizin sağ əlinizdə həbsxana, sol əlinizdə psixiatrik klinika görünür”.

Leonarda anasının qarğışının onu tutduğuna inanırdı və xürafatçıya çevrildi.  Qətl isə oğlunun hərbi xidmətə aparılması ilə əlaqədar idi. O, düşündü ki, bu bədbəxtçliyi dəf etmək üçün insan qurbanı lazımdır.

Evdə qalmış Faustina Setti Leonardoya müraciət edərək, ər tapmaqda ondan kömək istədi. Leonarda isə dedi ki, uyğun namizəd Pola şəhərindədir və Faustina oraya yollanmalıdır. Bundan əvvəl isə doğmalarını və ailəsini bu barədə xəbərdar etməlidir. Leonarda bu iş müqabilində Settidən 30 min lir pul aldı.

Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Setti yola çıxmadan əvvəl Çiançullinin yanına qonaq gəldi və sağollaşdı. O, bir stəkan çaxır içdi və huşunu itirdi. Leonarda qadını balta ilə öldürdü, 9 hissəyə ayırdı, qanı bir qaba yığdı. Cinayətkar bu hadisəni belə nəql edib:

“Mən ət parçalarını böyük qazana atdım və 7 kilo natrium əlavə etdim. Bu natriumu sabun bişirmək üçün almışdım. Sonra məhlulu qarışdırdım və tünd kütlə alındı. Bu kütləni bir neçə vedrəyə yığdım. Yaxşı sabun alındı. Vannadakı qanı isə un, şəkər, şokolad, süd və yumurta ilə qarışdırıb keks hazırladım. Mən bütün dost-tanışı bu keksə qonaq etdim”.

Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Onun ikinci qurbanı Françeska Soavi də Leonardaya inanıb. Çuançilli Françeskaya deyib ki, Pyaçentsedə qızlar üçün məktəbdə ona iş tapıb. Setti kimi Soavi də qohumları və rəfiqələrinə məktub yazıb başqa şəhərə getdiyini bildirib. Sonra isə Çiançullinin yanında çaxır içərək huşunu itirib. Sabun və keks məsələsi eynilə baş verib. Dəhşətli qətl 1940-cı ilin 5 sentyabr tarixində baş verib. Soavidən də Çiançulli 3 min lir almışdı.

Qatilin sonuncu qurbanı keçmiş opera müğənnisi Virciniya Kaçioppo oldu. Çiançulli guya ona da Florensiyada gizli bir impresarionun katibəsi işi tapmışdı:

“O, digər iki qadın kimi həmən tələyə düşdü. Onu doğrayanda piyli idi. Bir şüşə odekolon əlavə etdim. Sonra isə qaynadıb sabun-krem əldə etdim. Bunu qonşulara və tanışlara payladım. Kekslər də dadlı alınmışdı”.

Amma Çiançulli bütün izləri itirdiyini düşünsə də, bir faktı unutmuşdu.

Kaçiopponun gəlini var idi və o, məktuba inanmadı. Bundan başqa qız Kaçiopponun Çiançullinin evinə girdiyini görüb. O, bu barədə polisə məlumat verdi və tezliklə Leonarda həbs edildi…

Qurbanlarını sabuna və keksə çevirən dəhşətli qatil Çiançullanın HƏYATI FOTOLARLA

Загрузка...