Fransanın paytaxtı Parisdə ölkədə qayda-qanunun bərpasını tələb edən və “sarı jiletlilər”in aksiyaları zamanı zorakılığa qarşı çıxış edən “qırmızı yaylıqlılar” hərəkatı tərəfindən “Respublika marşı” keçirilir.
Trend-in məlumatına görə, yağışlı və soyuq havaya baxmayaraq, aksiyada çoxlu sayda insan iştirak edir. Etirazçılar “Zorakılığa – yox!”, “İnstitutlarımıza – hörmət!” kimi şüarlar səsləndirirlər.
Aksiyada 7 avroluq futbolka almaq olar, onun bir tərəfində “Mən respublikamı sevirəm”, digər tərəfində isə “Zorakılığa – yox!” yazılıb.
Qeyd edək ki, aksiya iştirakçılarının əksəriyyəti orta yaşlı və yaşlı insanlardır.