Bakının Suraxanı rayonunda dörd nəfər boğularaq ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.
Ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı – 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.