Bakının mərkəzində avtomobil yanıb.
BAKU.WS xəbər verir ki, hadisə “Gənclik Mall”un qarşısındakı yolda qeydə alınıb.
“Mercedes E-class” markalı avtomobilin mühərrik hissəsində alışma baş verib. Yanğın ətrafdakı insanların köməyi ilə qısa zamanda söndürülüb.
Əraziyə FHN əməkdaşları cəlb olunub.
Hadisə yerindən videonu təqdim edirik: