Aktrisa Rəhimə Qüdrətova yeni fotosessiya etdirib.
BAKU.WS-in məlumatına görə, polis şerifi obrazını canlandıran aktrisa cəsarətli görüntüləri ilə diqqət çəkib.
R. Qüdrətovanın fotosessiya zamanı çəkilən kadrarxası görüntüləri 150 mindən çox baxış sayı toplayıb.
Fotosessiyasını eksklüziv olaraq BAKU.WS-ə təqdim edən aktrisa bunları deyib:
“Sevdiyim bir obraz oldu. Nə vaxtsa filmdə də bu obrazı canlandırmaq istərdim. Mənə çox xoş təsir bağışladı”.
Xatırladaq ki, R. Qüdrətova hazırda Xəzər TV-də yayımlanan “Ay yay yay” serialında Nuray obrazını canlandırır.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən Rəhimə Qüdrətova Xalq artisti Firəngiz Mütəllimovanın yetirməsidir.
https://a.radikal.ru/a25/1901/a0/7dc4c3a36a5b.jpg
https://c.radikal.ru/c02/1901/ce/733efa1ae9c8.jpg
https://c.radikal.ru/c33/1901/6a/6baa984ee144.jpg
https://d.radikal.ru/d02/1901/5c/8c2b970c7bec.jpg