Sosial şəbəkələrdə “bikinili” səyahətçi kimi tanınan 36 yaşlı çinli blogger Cici Vu Tayvanda faciəvi şəkildə dünyasını dəyişib.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, Yuyşan zirvəsinə qalxan bloggerdən səyahətinin 8-ci günü bədbəxtlik siqnalı ötürülüb. Cici dərəyə yuvarlandığını və oradan çıxa bilmədiyini bildirib. Xilasedicilər 3 dəfə vertolyotla Cicinin köməyinə getsə də, pis hava şəraiti səbəbindən geri qayıtmalı olublar.
Qızın axtarışına iki alpinist cəlb olunub. Ancaq onlar dərənin dibində Cici Vunun donmuş cəsədi ilə qarşılaşıblar.