Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.
Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev “Report”a bildirib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidoveyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar – Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.
Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-nə kimi davam edəcək.