ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

Həyatda nəyəsə sadəcə nail olmaq deyil, həmçinin bu zaman şəxsiyyətini qoruyub saxlamaq, öz prinsiplərinə sadiq qalmaq da önəmlidir. ABŞ-da “Carnival Ruise Lines İnc.” şirkətinin baş aşpazı işləyən Emil Hümbətovözünə karyera qurmaqla yanaşı həmçinin Azərbaycanı xaricdə layiqincə təmsil edir.

Bu gün “Carnival Corporation & plc.” Britaniya-Amerika şirkətinin bütün sərnişin gəmilərinin əsas menyusuna Azərbaycan mətbəxinin təamları daxil edilib, Azərbaycanın bayrağı isə şirkətin baş ofisinə gözəllik verir.

Medianews.az xəbər verir ki, E.Hümbətov Media.Az-a verdiyi müsahibədə hər şeyə necə nail olduğunu açıqlayıb.

– Amerikaya necə getdiyiniz haqqında bizə danışın.

– Bu çox uzun bir əhvalatdır. İxtisasca mən vergi müfəttişiyəm. Bakı Xalq təsərrüfatı institutunu (hazırki Azərbaycan Dövlət İqtisad Universiteti – red.) bitirmişəm. Ancaq gənc yaşlarımdan aşpaz olacağımı bilirdim. Mən atamın izi ilə getdim. Onun 80 yaşının olmasına baxmayaraq indi də yemək hazırlayır. Xatırlayıram ki, tez-tez onun iş yerinə gedirdim və onun necə yemək bişirdiyinə tamaşa edirdim, öyrənirdim.

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

Aşpazlıq fəaliyyətinə 1995-ci ildə “Hyatt Regency Baku” hotelində başladım. 1997-ci ildə yaxşı aşpazlıq qabiliyyətinə görə və ingilis və türk dillərini yaxşı bildiyimə görə məni “Hyatt Regency İstanbul” (hazırki “Grand Hyatt İstanbul” – red.) hotelinə təlimə göndərdilər.

Təlimlər bitdikdə mənə baş aşpazın və hotel rəhbərliyinin təşəkkürnaməsi təqdim olundu. Bakıya qayıtdıqda artıq baş aşpaz vəzifəsinə sahib idim. Lakin tezliklə məni Oman Krallığına “Grand Hyatt Muscat” otelinə işləməyə dəvət etdilər. Omana müvəqqəti getmişdim, lakin rəhbərlik mənim işimi çox bəyəndi və orada daimi çalışmaq təklifi aldım.

Mən seçim qarşısında qaldım, çünki o zaman nişanlı idim. Bakıya qayıdası oldum, kollektivlə sağollaşdım və evləndikdən sonra həyat yoldaşımla birlikdə Omana qayıtdım.

Tezliklə bizim qızımız dünyaya gəldi. 2003-cü ildə mən “Grand Hyatt Dubai” hotelində baş aşpaz vəzifəsinə keçdim. Yeri gəlmişkən, elə həmin vaxt “Ecole Hoteliere de Luasanne” İsveçrə hotel menecmenti məktəbinin bölməsinə daxil oldum. Bu mənim ikinci ali təhsilim idi və bu təhsili  “Grand Hyatt” şirkətinin hesabına aldım.

Təhsilimi bitirdikdə mən toplanılan balların miqdarına görə ən yaxşı oldum və təhsil şöbəsinin foyesində məzunların fotoları arasında yeganə azərbaycanlı aşpazın şəkli asıldı. İkinci qızım dünyaya gəldikdən sonra artıq onların təhsili haqqında düşünməyə başladım.

– Dubayda qadınlar üçün təhsil bizdəkindən müəyyən qədər fərqlənir…

– Bəli, buna görə də 2008-ci ildə biz Bakıya qayıtmağa qərarına gəldik, həm də müxtəlif hotellərdən çoxlu sayda təklif almışdım. “Landmark Baku” hotelində baş aşpaz işləməyə başladım. Sonradan həmin hotelin kulinariya direktoru vəzifəsinə yüksəldim. Üç il sonra isə “Fairmont Baku” hotelinə keçdim və Fransadan olan baş aşpazın müavini oldum.

Burada əmək haqqı mənim kulinariya direktoru vəzifəsində çalışarkən aldığım maaşdan xeyli yüksək idi. Bi il sonra mən “Four Seasons Hotel Baku”ya keçdim, məni oraya dəfələrlə çağırırdılar.

Lakin orada İtaliyadan olan tanınmış baş aşpaz çalışdığından mən onun müavini oldum. O getdikdən il yarım sonra məni baş aşpaz vəzifəsinə təyin edəcəklərinə söz verdilər. Ancaq hotelin rəhbərliyi dəyişdi və yenidən mənə vədlər verməyə başladılar.

Beləliklə, mən Holiday İnn Baku otelinə kulinariya direktoru vəzifəsinə keçdim. Və yalnız orada mən əmin oldum ki, ən yaxşısı xaricdə çalışmaqdır, çünki bizim ölkədə aşpazlara həddindən artıq səthi yanaşırlar. Mən müxtəlif xarici şirkətlərə tərcümeyi hal yolladım və mənə “Carnival Cruise Lines İnc.” dəniz səyahətləri şirkətindən cavab gəldi.

– Sizi belə asanlıqla bu cür iri şirkətə götürdülər?

– Deməzdim ki, bu asan oldu. Hansısa bir anda hətta imtina etmək istədim. Mən on video-müsahibədən, hətta psixoloqla müsahibədən keçdim. Və yalnız bundan sonra məni dəvət etdilər. İnana bilmirdim ki, azərbaycanlıya belə bir iri şirkətdə iş versinlər. Lakin xidmət siyahım mənim lehimə işlədi, həmin anda mənə eyni zamanda bir neçə təklif gəldi. Mən isə məhz Amerikaya getmək qərarını verdim.

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

– Siz neçə ildir bu şirkətdə çalışırsınız?

– Dörd ildir.

– Bəs ailəniz Bakıdadır?

– Bəli, ailəm hələ ki Bakıdadır. Ya onlar turist vizası ilə bir aylıq mənim yanıma gəlirlər, ya da ki mən Bakıya gedirəm. Bir il sonra vətəndaşlıq üçün müraciət etmək imkanına malik olacam və ailəmi buraya gətirəcəm. Anlayıram ki, ən yaxşısı ABŞ kimi böyük bir ölkədə inkişaf etməkdir. Lakin ABŞ vətəndaşlığını alsam və Azərbaycan vətəndaşlığından imtina etməyə məcbur olsam belə, mən öz ölkəmin vətənpərvəri olaraq qalacam.

– Siz Amerikaya gələn kimi baş aşpaz oldunuz?

– Bəli, amma əvvəlcə mən Carnival Dream səyahət gəmilərindən birinin baş aşpazı idim. Bu Dream sinfinə aid sərnişin səyahət gəmilərinin əsas gəmisi idi. Hazırda isə bütün korporasiyanın baş aşpazı çalışıram.

Yəni “Carnival Cruise Lines İnc.” şirkətinə məxsus bütün sərnişin gəmilərinin aşpazlarının iş prosesinə nəzarət edirəm. Mən Mayamidəki baş ofisdə otururam, müntəzəm olaraq gəmilərə baş çəkirəm, menyuları yoxlayıram, düzəlişlər edirəm və aşpazların işini tam nəzarətdə saxlayıram.

Yeni il bayramları, Milad, Hellouin və digər bayramlar öncəsi yeni menyular hazırlayıram. Bunlarla bərabər gəmilərdə çalışan aşpazlar üçün təlimlər keçirəm.

– Bəs menyuda Azərbaycan mətbəxindən olan yeməklər mövcuddur?

– Əlbəttə, mən bir vətənpərvər kimi menyuya bizim yeməkləri daxil etməyə bilməzdim. Və nəzərə alsaq ki, gəmidə 90 millətin nümayəndələri səyahət edir, mən bunu Azərbaycan milli mətbəxinin tanıdılmasına şəxsi qatqım kimi hesab edirəm.

– Bəs menyuya hansı yeməklər daxil edilib?

– Demək olar ki, bütün plov növləri, dolma, salatlar… Mən daha çox köhnə reseptlərdən istifadə edərək yemək hazırlamağa çalışıram.

– Və bizim yeməklər məşhurdur?

– Bəli, onlar bir çoxlarının xoşuna gəlir, onları sifariş edirlər. Və ən vacibi odur ki, hər bir yeməyin qarşısında Azərbaycan sözü yazılıb. Mən şirkətimizin əsas binasında Azərbaycanın bayrağının asılmasına nail oldum.

Bunu etmək çox çətin idi, çünki bir çoxu bizim ölkə haqqında xəbərsizdir. Hansı əcnəbi restoranda çalışıramsa çalışım, mən həmişə “Azərbaycan mədəniyyəti günləri” təşkil edirəm. Milli mətbəximizin yeməklərini hazırlayıram, ölkəmiz haqqında videolar nümayiş etdirirəm və bu videoları çox vaxt Azərbaycanın diplomatik nümayəndəliklərindən əldə edirəm.

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

– Bəs özünüz hansı yeməkləri sevirsiniz?

– Müxtəlif yeməkləri sevirəm. Mənim bir aludəm var: müxtəlif qədim yeməklərin hazırlanma reseptlərini yığıram. ABŞ-dan Avstraliyaya qədər bir çox dünya ölkəsində olduğumdan 100-dən çox resept toplamışam.

Məsələn, bizim ölkənin mətbəxindən danışsaq bu, çoban-qovurmadır. Qoyunu kəsirsən, dərisini götürüb oraya marinə olunmuş əti yığırsan, soğan və acı bibər doğrayırsan, pomidor da əlavə etmək olar. Sonra quyu qazırsan, oraya kömür tökürsən və dərinin içərisində ağzı möhkəm bağlanmış əti altı saatlıq oraya qoyursan. Çox ləzzətli bir yemək alınır.

– Bizim aşpazlar əcnəbilərdən nə ilə fərqlənir?

– Bizim aşpazlar daha universaldır ki, bunu da əcnəbilər haqqında demək olmaz. Onlarda yalnız ət, balıq ya çörəyin hazırlanmasına cavabdeh mütəxəssislər var… Mən isə, məsələn, bütün yeməklərin hazırlanması prosesinə nəzarət edirəm. Lakin sən daha dar istiqamətli mütəxəssis olduğun zaman səndən başqa bu yeməyin bütün hazırlanma incəliklərini heç kəs bilməyəcək.

– Yəqin ki orada aşpazlıq təhsili bizdə olduğundan daha yaxşıdır?

– Təəssüf ki, bizdə yalnız aşpazlıq texnikumları var ki, orada da prinsipcə heç bir bilik vermirlər. Sən diplom alırsan və bir qayda olaraq ödənişsiz əsaslarla böyük hotellərdə ixtisasartırma keçməyə məcbur olursan. Və yalnız nə isə öyrəndikdən sonra ya hoteldə işləməyə davam edə bilərsən, ya da ki, ayrı bir yerə işə düzələ bilərsən. Xaricdə isə çoxlu peşəkar kulinariya məktəbi var və orada ən məşhur aşpazlar dərs deyir. Güclü təhsil bazası olmadan bizim ölkədə vəziyyət dəyişməyəcək.

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

– Karyeranız ərzində hazırlamalı olduğunuz ən qeyri-adi yeməklərin adlarını sadalaya bilərsiniz?

– Ən qeyri-adisi yəqin ki, “Grand Hyatt Muscat”da köpək balığı ətinin qrildə hazırlanması idi. Bu 1999-cu ildə olub. Mən köpək balığının ətini yeməyin necə mümkün olduğunu anlamırdım.

İkinci yerə fuqu balığından hazırlanan yeməyi seçərdim. “Grand Hyatt Dubai” restoranının yapon baş aşpazı mənə bu balığı düzgün kəsməyi öyrədib. Bu balığı kəsərkən onun öldürücü zəhər yerləşən damarlarına toxunmamaq çox vacibdir.

Bundan başqa içərisinə ərəb düyüsü doldurulmuş bütöv bir dəvəni çoban-qovurma üslubunda hazırlamışam. Və yəqin ki, daha bir qeyri-adi yemək Hindistan üslubunda gildə hazırlanmış toyuq idi.

Ümumiyyətlə, biz gəmidə demək olar ki hər gün timsah və dəvəquşu ətindən, maral əti, qurbağa ətrafları, müxtəlif növ dəniz məhsulları, ilbizlərdən yeməklər hazırlayırıq.

– Sizin arzunuz nədir?

– Mən ölkəmizdə turizmin inkişafına öz töhfəmi vermək istərdim. Azərbaycanın rifahı naminə çalışmağa hazıram.

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

ABŞ-da azərbaycanlı: Köpək balığını qrildə hazırlamışam - FOTO

Загрузка...