ABŞ və Şimali Koreya liderlərinin növbəti görüşünün vaxtı məlum olub.
Oxu.Az xəbər verir ki, Donald Tramp və Kim Çen In fevralın sonunda görüşəcəklər.
Müvafiq razılıq Şimali Koreya liderinin müavini Kim Yon Çol ilə Vaşinqtonda aparılan danışıqlar zamanı əldə olunub.
Danışıqlar iki saat davam edib.