“Qalatasaray” klubu keçmiş futbolçusunu heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, müqavilə ilə Çexiyanın “Sparta” klubuna məxsus olan Semih Kaya mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin heyətində çıxış edəcək.
Xatırladaq ki, 28 yaşlı müdafiəçi 2017-ci ildə “Sparta”ya satılıb. Onun transfer qiyməti iki milyon avro olub.