Müğənni Əli Mirəliyev aparıcısı olduğu “Səhər-səhər” verilişində qəribə etiraf edib.
Oxu.Az-ın məlumatına görə, o, binanın 9-cu mərtəbəsindən pişiyi yerə buraxdığını bildirib:
“Qalxmışam yuxarı, pişiyi 9-cu mərtəbədən buraxmışam yerə. Baxıram, durur, gedir. Heyvansevərlər məni başa düşər ki, kişi düz deyir”.
Aparıcı Elgiz Əkbər Ə. Mirəliyevin etirafına belə reaksiya verib:
“Neçə ildir cinayətkarla veriliş aparıram. Bu adam cinayətkardır, pişiklərə divan tutur. Bu kişi manyakdır”.