Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hersoqu Filipp avtomobil qəzasına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Telegraph”ın yaydığı məlumatda deyilir.
Bildirilir ki, 97 yaşlı Filippin idarə etdiyi maşın qarşıdan gələn avtomobillə toqquşduqdan sonra çevrilib.
Hadisənin təfərrüatı açıqlanmır. Qəza nəticəsində xəsarət alan olmayıb.