Azərbaycanda DƏHŞƏTLİ AİLƏ DRAMI – 16 yaşlı qızı qaçırıb bakirəliyini pozdular – VİDEO

Ucar rayonunda dəhşətli ailə dramı baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV-nin efirində yayımlanan “Səni axtarıram” verilişində danışılıb. Verilişdə bildirilib ki, Ucar rayonunu Bərguşad kəndində yetkinlik yaşına çatmayan 16 yaşlı qız əmisi nəvəsi tərəfindən qaçırılıb.

Bildirilir ki, 16 yaşlı E. atasının evinə qonaq gedib və sonradan yoxa çıxıb. Deyilib ki, yeniyetmə özündən 13 yaşlı böyük əminəvəsi tərəfindən qaçırılıb və bakirəliyi pozulub.

Bu barədə ilk olaraq Daxili İşlər Nazirliyinin 102 saylı “qaynar xətti”nə məlumat verilib. Sonradan qızın atası əmisinin ailəsilə razılığa gəliblər və şikayət geri götürülüb. Lakin qaçırılaraq bakirəliyi pozulan yeniyetmə qızın nənəsi baş verənlərlə barışmaq istəmir. O, nəvəsinin uşaq olduğunu və hələ təhsil almalı olduğunu deyir.

Qızı qaçırdığı iddia olunan Zamin adlı şəxs isə verilişdə canlı efirə bağlanaraq, bildirib ki, E.-ni sevir və onu evlənmək məqsədilə qaçırıb.

Məsələ ilə əlaqədar Ucar rayon hüquq-mühafizə orqanlarından bildirdilər ki, bu barədə məlumat daxil olub. Sonradan məlum olub ki, narazı ailələr arasında müəyyən razılığa gəlinib. Hazırda məlumatla bağlı araşdırma aparılıb.

Загрузка...