Aktyor Eser Yenenler və Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının videosu yayılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada yayılan videoya gələn şərhlərdə Eserin narkotik madədən istifadə etdiyi deyilir.
Bunların ardınca aktyor İnstaqram hesabının hekayə hissəsində iddalara cavab verib:
“Utanmazsınız. Şeymanın yayımladığı videonu gizli imiş kimi yenidən paylaşırsız. Olduğumuz otaq soyuqdur, siqareti əyilib yandırıram. 3 il əvvələ aid görüntülərdir. Belə xəbər hazırlayıb, sonra kənara çəkilmək olmaz. Bu işin sonuna qədər gedəcəm. Tək pis vərdişim siqaret idi, ondan da artıq istifadə etmirəm”.