Çində bıçaqla silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.
Oxu.Az xəbər verir ki, nəticədə 20 nəfər xəsarət alıb.
Xəsarət alanlardan biri ölüb.
Cinayəti törətmiş 48 yaşlı kişi çaya atılıb. Polis onun axtarışı məqsədilə əməliyyat keçirir.
Bildirilir ki, hadisə Fuçjou şəhərində baş verib.