Mübariz Qurbanlı:

Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də, 14 kilsə, yeddi sinaqoq fəaliyyət göstərir.

Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dilə gətirib.

O qeyd edib ki, ölkə ərazisində 23 xristian dua evi, bir bəhai, bir krişna ibadətgahı mövcuddur.

Bildirilib ki, 2018-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 909-a çatıb.

“Onlardan 877-si İslam, 32-si qeyri-islam təmayüllüdür.

Sonunculardan 21-i xristian, səkkizi yəhudi, ikisi bəhai və biri krişna şüuru dini icmasıdır”, – deyən komitə sədrinin bildirdiyinə görə, təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlıq, İslamın olduğu kimi təqdim edilməməsi dayanır.

“Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir.

Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır”, – deyə M.Qurbanlı əlavə edib.

Загрузка...