Xəbər verildiyi kimi, “The Financial Times” qəzeti ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Trampın Dünya bankının yeni rəhbəri təyin edilə biləcəyini yazıb.
Qurumun hazırkı sədri Cim Yon Kim 2022-ci ilə qədər vəzifəsini sürə bildiyi halda bir neçə gün öncə istefa verib. O, getməsinin səbəbini açıqlamayıb.
İvanka Trampın adı hələ ki, şayiə səviyyəsində çəkilsə də, atasının müxalifətçiləri artıq öz fikirlərini bildirməyə başlayıblar.
Məsələn, Kaliforniya ştatından demokrat konqresmen Ted Leu tvitterdə İvanka Trampın təyinatı məsələsinə özünəməxsus tərzdə rişxənd edib: “Amerikalıların içində bu vəzifəyə ən çox İvanka Tramp layiqdir. Axı o, öz paltarının markasından məhrum olmaqla bərabər, prezidentin qızıdır. Başa düşmək olar”.
Donald Trampın impiçmenti üçün maliyyə kampaniyasına başlayan milyarder Tom Steyer bunu həyatında eşitdiyi ən gülünc xəbərlərdən biri adlandırıb.
“Yaxın qohumları belə yüksək vəzifəyə təyin etmək, korrupsiyanın bir formasıdır. Absurdluğun dərəcəsi adımı şoka salır”,- deyə Böyük Britaniyanın “The Guardian” qəzeti ondan sitat gətirib.
Qeyd olunur ki, Ümumdüya bankının rəhbəri direktorlar şurası tərəfidnən təklif olunan namizədlər arasından seçilir. Ənənəvi olaraq məhz ABŞ prezidentinin təklif etdiyi namizədlər yarışmada qalib gəlir. Məsələn Cim Yon Kimin namizədliyi 2012-ci ildə Barak Obama tərəfindən irəli sürülmüşdü.
Musavat.com