Musavat.com xəbər verir ki, oğurluq hadisəsi Nizami rayonu ərazisində baş verib.

Qara Qarayev 106 ünvanında yerləşən, “Elvin” marketdən dekabr ayında iki dəfə oğurluq edilib.

Müşahidə kameralarından aydın olur ki, oğurluq hadisəsinin biri dekabr ayının 3-də, digəri isə 11-də edilib. Yaşlı qadın satıcının diqqətindən yayınaraq, piştaxtaların görünməyən hissəsinə keçib şampun, saç lakı və sairə əşyalar götürüb.

Digər oğurluğu 50-55 yaşlarında bir kişi edib. O, 21 manatlıq araq oğurlayıb. Həmin anı satıcı müşahidə kamerasından görərək, malı qaytarmağını tələb edib. İçkini qolunun altında gizlədən oğru qaçaraq, mağazanı tərk edib. Ətrafdakılar onu dayandırmağa cəhd etsələr də, mümkün olmayıb.

Satıcının musavat.com-a verdiyi məlumata görə, oğurluqla bağlı polisə müraciət edilib.

Загрузка...