“Samsung” şirkətinin yeni “Galaxy” smartfonu fevralın 20-si San-Fransiskoda keçiriləcək tədbirdə təqdim ediləcək.

Trend-in “CNet”ə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasda keçirilən “Consumer Electronic Show” məişət elektronikası sərgisində bildirilir.

Məlumata əsasən, “S10” smartfonları 3 modeldən ibarət ola bilər – standart “Galaxy S10”, böyüdülmüş ekran razmeri olan “S10 Plus” və büdcə modeli “S10 Lite” və ya “S10 E”.

Eksperlərin fikrincə, “Samsung” qatlanan “Galaxy X” modelini də təqdim edə bilər.

Загрузка...