Moskvada ukraynalı kriminal avtoritetin oğurlanmasının görüntüləri yayılıb.
Oxu.Az Ren.TV-yə istinadən xəbər verir ki, videoda “Bazilik” restoranı qarşısında naməlum şəxslərin kriminal avtoritet Yuri Vasilenkoya atəş açdıqları görünür.
Bildirilir ki, həmin şəxslər Y. Vasilenkonu maşına zorla əyləşdirərək naməlum istiqamətdə aparıblar. Hələ də onun harada olduğu bilinmir.
Faktla bağlı cinayət işi qaldırılıb.