Səudiyyə Ərəbistanında erkən nikahlara qadağa qoyulacaq.

Oxu.Az xəbər verir ki, ölkənin məşvərət məclisi olan Məclis əş-Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha daxil olmasının yasaqlanmasını tələb edib.

“İstər qız, istər oğlan olsun, 15 yaşına çatmamış şəxslərlə nikaha girmək qadağan olunmalıdır”, -deyə qurumun məlumatında bildirilir.

Загрузка...