Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan polietilen paketləri çətənə parçasından olan torbalarla əvəzləməyi çağırıb.

Oxu.Az xəbər verir ki, Ərdoğan çətənə parçalı torbaların təbiət üçün zərərsiz olduğunu bildirib.

“Biz polietilen paketlərə müharibə elan edirik”, – deyə o, Ankarada keçirilən sipmoziumda vurğulayıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarın 1-dən etibarən Türkiyədə bütün dükanlarda plastik paketlər pulla satılır.

Загрузка...